Müəllimlər növbə ilə dövrə vururlar ki, məktəbin uçub-uçmadığını görsünlər

# 13:13
18 mart 2023

Şəhid Fayəddin Xancanovun adını daşıyan Masallı rayonunun Musaküçə kənd orta məktəb binası qəzalı vəziyyətdədir.

Məktəbdəki acınacaqlı vəziyyət şagirdlərin xəstələnməsinə gətirib çıxarır ki, bu da onların davamiyyətinə pis təsir edir.

 

Müəllimlər isə deyirlər ki, mövcud vəziyyət şagirdlərin təhsilinə də mənfi təsir edir.

 

Direktor müavininin sözlərinə görə, məktəbdə 24 sinif otağı var. Qəzalı vəziyyətdə olduğuna görə 5 sinif otağından istifadə olunmur. Məktəb iki korpusdan ibarətdir. Korpuslar hazırda istifadəyə yararsızdır. Qapılar çölə açıldığından, soyuq havalarda sinif otaqlarını qızdırmaq çətinlik törədir. Pəncərələrin şüşələri hər an yerindən tökülə bilər. Buna görə müəllimlər hər tənəffüsdə növbə ilə məktəb binasının ətrafında dövrə vurub baxırlar ki, hər hansı xoşagəlməz hadisə baş verməsin.

Qeyd edək ki, 37 müəllimin çalışdığı Musaküçə kənd orta məktəbi 20 ildən çoxdur ki, bu vəziyyətdədir.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Masallı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR