Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?

# 19:24
29 mart 2023

Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start veriləcək. Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. Ötən il sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimlərinin 22 faizi, yəni 2742 nəfər bu il yenidən sertifikasiyaya cəlb olunacaq. Təhsil İnstitutunun təşkil etdiyi təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək müəllimlərə dəstək məqsədilə keçirilir.

“Bu təlimlər ibtidai sinif səviyyəsində riyaziyyat və azərbaycan dili fənninin məzmunu əhatə edəcək. Təlimlərin keçirilməsi üçün artiq təhsil institutu tərəfindən təlimlərin məzmunu, təlimlərlə bağlı vəsaitlər, eləcə də təlimçilər təlimatlandırılmışdır.”

O, həmçinin bildirib ki, 48 saatlıq ixtisasartırma təlimləri müəllimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq.

“Kimlər sertifikasiyada iştirak etməyə bilər. yəni kimlərə guzest var. bu əsasən hamilə qadınlar, social məzuniyyətdə olanlar, və ilk dəfə işlə qəbul olanlar və hələ 5 il müddəti tamam olmamış müəllimlərdi. Yəni onların sertifikasiyada istirak etməmək huquq var guzəşt olunur.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR