Müharibə vaxtı erməniləri bazara buraxmayan azərbaycanlılara hökm oxundu
Moskva şəhər Lyublino rayon məhkəməsi 2020-ci ilin iyulunda ermənilərlə toqquşmada iştirak edən azərbaycanlılar barədə hökm çıxarıb.
APA TV xəbər verir ki, məhkəmə toqquşmada iştirak edən 5 həmyerlimizi 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Daha iki nəfər isə 2 il müddətinə şərti cəza alıblar.
Məhkəmədə sübut olunub ki, hadisə zamanı onlarla avtomobilə, dükan və mağazaya külli miqdarda ziyan dəyib. Xeyli insan yaralanıb. Həmin hadisə vaxtı 30-dan çox adam həbs edilmişdi. Onlardan çoxu azərbaycanlı idi.
Qeyd edək ki, hadisə həmin ilin iyulunda Tovuz rayonunun Ermənistanla sərhədində baş verən toqquşmalardan sonra yaşanmışdı. Azərbaycanlılar ermənilərə məxsus yük maşınlarını bazarlara buraxmaqdan imtina etmiş və toqquşmalar baş vermişdi.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?