Müqavilə öhdəliklərini yerinə yetirməyibmiş
Tanınmış aktyor Müşviq Şahverdiyev məhkəməyə verilib.
"Cinemazadeh" film şirkəti bununla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddiaya əsasən, aktyor film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib.
Lent.az məsələ ilə bağlı aktyorla əlaqə saxlamağa çalışıb. Onun meneceri bildirib ki, hazırda Müşviq Şahverdiyev Bakıda deyil və məsələ barədə heç bir açıqlama vermək istəmir.
Qeyd edək ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, məhkəmənin ilkin hazırlıq iclası yanvarın 11-də keçirilib. Növbəti iclas isə bu ayın 27-də baş tutacaq.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir