Murovdağ tuneli belə olacaq…

# 16:26
1 iyul 2022

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Murovdağ tunelinin tikinti layihəsinin görüntüsünü paylaşıb.

 

AAYDA-dan APA TV-yə verilən məlumata görə, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.

 

Məlumata görə, bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR