Müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük - Vahid Əhmədov
“15 deputat spikerin və ya Əli Hüseynlinin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirək”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, sosial sahə ilə bağlı müsbət qanunlara cavab ala bilmirlər: “Təklifim budur ki, İqtisadi siyasət, əmək və sosial siyasət komitələrinin deputatları nazirliklə görüşsün. Onların da arqumentlərini dinləyək. Nazirlikdən nazir Sahil Babayevin rəhbərliyi ilə gəlsinlər, görüş keçirək. Burada müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?