Mustafa Şəntop: “ABŞ ən kirli keçmişi olan ölkədir”
“Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir”.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün “twıtter” səhifəsində bunu yazıb.
TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat da 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi oxşar ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq.
“ABŞ ən kirli keçmişi olan ölkədir”, deyə M.Şəntop qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu