Müstəqillik Günü ilə əlaqədar neçə gün iş olmayacaq?
28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.
APA-nın əldə etdiyi məlumata görə, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi