Muzeyə çevrilən bəy evinin son halı ürək ağrıdır

# 14:14
9 avqust 2022

 

Görünüşü ilə qonaqların diqqətini çəkən kənd muzeyinin təmirə ehtiyacı var Şabran rayonunun Pirəbədil kəndində yerləşən “Pirəbədil Tarix Muzeyi”nin təmirə ehtiyacı var. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 160 il əvvəl inşa olunan bu bina 2013-cü ilədək ictimai-siyasi xadim Ayna Sutanovanın qardaşı Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1862-ci ildə tikilən malikanə Qəzənfər Musabəyovun atası Mahmudağa bəyə məxsus olub. Muzey əvvəlcə Musabəyovun 80 illik yubileyi münasibəti ilə açılıb və binanın iki otağında fəaliyyət göstərib. 1988-ci ildə Musabəyovun 100 illik yubileyi münasibətilə bina tamamilə təmir olunaraq bütünlüklə muzeyin istifadəsinə verilib. 2013-cü ildən muzeyin adı dəyişdirilərək ″ Pirəbədil Tarix Muzeyi″ kimi fəaliyyət göstərib. Muzeyin tarixi, xarici görünüşü və tikiliş üslubu kəndin qonaqlarının diqqətini cəlb edir. Bişmiş kərpicdən tikilən 2 mərtəbəli muzey binası 14 otaqdan, eyvan və aynabənddən ibarətdir. Muzeydə 2500-ə yaxın eksponat toplanıb. Muzeydə Quba-Şirvan xalça məktəbinin nümunələrindən hesab olunan Pirəbədil çeşnisi xalçalarının toxunma prosesini izləmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR