Nabranda taleyin ümidinə qalan obyektlər - istifadəsiz obyektlər niyə icarəyə verilmir?

# 13:07
19 sentyabr 2022

Xaçmazın Xəzər sahilində yerləşən Nabran kəndi məşhur kurort və istirahət mərkəzidir. Hər il minlərlə yerli və xarici turist dincəlmək üçün bura üz tutur.

APA TV-nin yerli bürosu xəbər verir ki, bəzi istirahət mərkəzlərinin qapıları illərdir turistlərin üzünə bağlı qalıb. Bura üz tutan turistlərin və yerli sakinlərin dediyinə görə, pandemiya vaxtından istifadəsiz məkanların sayı çoxalıb. İstifadəsiz və ya yarı tikili qalan obyektlər sanki taleyin ümidinə buraxılıb.

Xaçmaz Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Pərviz Məmmədov deyir ki, obyektlərin istifadəsiz qalması sahibkarların qərarıdır.

Pərviz Məmmədov qeyd edib ki, pandemiya vaxtı Nabrana gələn turistlərin sayında azalma müşahidə olunsa da mövcud qadağaların aradan qaldırılmasından sonra bu il turist sayında artım qeydə alınıb.

 

Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR