Naftalanda sanatoriya sahibi özünü güllələyib
Naftalanda intihar baş verib.
Şəhər sakini 1959-cu il təvəllüdlü Firuz Qocayev yaşadığı evdə özünə odlu silahdan atəş açıb. 64 yaşlı kişi hadisə yerinə ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə Firuz Qocayev ov tüfəngi ilə intihar edib.
Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Firuz Qocayev Naftalan şəhərində yerləşən sanatoriyaların birinin sahibi olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib