Namiq Nəsrullayev dünyasını dəyişdi

# 17:19
17 yanvar 2023

Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumla yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimində millət vəkilləri, Namiq Nəsrullayevin yaxınları, dövlət xadimləri və ictimaiyyətlər nümayəndələri iştirak ediblər.

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Namiq Nəsrullayev 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin olunub və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR