Nardaran sakini silahla yaxalandı
Paytaxtın Sabunçu rayonunda üzərində silah-sursat gəzdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, əvvəllər dəfələrlə məhkum olunmuş Nardaran qəsəbə sakini, Ramin Nuriyev tutulub.
Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi