Narkokuryer polisə atəş açdı

# 17:26
2 may 2022

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.

 

DİN-dən APA TV-yə verilən xəbərə görə, keçirilən əməliyyat nəticəsində onlardan biri, əvvəllər də məhkum edilmiş Vüqar Cəfərov tutulub. Onun əlindəki bağlamadan 32 kiloqram narkotik və 1600 ədəd metadon həbi götürülüb.

 

Vüqar Cəfərovla əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib.

 

Polisə tabe olmayan həmin şəxs odlu silahla polis əməkdaşlarına atəş açıb. Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər.

 

Buna baxmayaraq həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” marakalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR