Narkotik alqı-satqısı ilə məşğul olan şəxslər tutuldu - QAXDA ƏMƏLİYYAT

# 21:25
24 avqust 2021

Qaxda narkotik və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutulub

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanıb.
 

Araşdırma zamanı məlum olub ki, o həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər 4 dəfə məhkum olunmuş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyən edilib. Şübhəli qismində saxlanılan Nərman Qurbanəliyevin Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zamanhazır  bükümlərdə narkotik vasitə olan heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR