Narkotiklə tutulan sürücü polisin əlindən belə qaçmağa çalışdı - ANBAAN

# 16:35
18 aprel 2022

Sosial şəbəkələrdə yol polisinin “saxla” əmrinə tabe olmayan taksinin əks olunduğu görüntülər araşdırılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yol polisinin keçirdiyi tədbirlərlə həmin taksi avtomobili saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Aparılan araşdırmalarla taksinin sürücüsü Masallı rayon sakini, Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2.268 qram heroin, 0,710 qram metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

İstintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, taksi avtomobili "UBER" şirkətinə məxsus olub. Hadisə zamanı sürücü Aqil Məmmədov yol polisindən qaçmağa çalışsa da, buna nail olmayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR