"NATO-dan imtinaya hazırıq, 3 şərtimiz var" - Zelenski Putinə səsləndi
“Ukrayna NATO-ya üzv olmaq planından imtina etməyə hazırdır”.
APA TV xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, bunun üçün Kiyevin 3 şərti var. Zelenski NATO-dan imtina etmək qarşılığında Rusiya ordusunun geri çəkilməsini, atəşkəsin təmin edilməsini və ölkəsi üçün təhlükəsizlik zəmanəti tələb edir.
Zelenski növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini ifadə edib.
“Putinlə görüşmədikcə Rusiyanın müharibəyə son vermək istəyib-istəmədiyini başa düşmək çətindir” – deyə Zelenski deyib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi