Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri təlim-metodiki toplantıya cəlb ediliblər.
APA TV xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrində məşğələlərin vahid metodika üzrə keçirilməsinə nail olmaq üçün təşkil olunan toplantıda zabitlərə taktiki sıra üsulu ilə vacib fənlərdən məşğələlər keçirilib.
Zabitlər döyüş sahəsində bölmələrin, şəxsi heyətin və atəşin idarə edilməsi üzrə göstərici və nümunəvi təlimlərin vacib epizodlarını izləyiblər.
Təlimlər zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında komandirlərin roluna xüsusi diqqət yetirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi