Naxçıvan xəstəxanaları türk bacı-qardaşlarımızı qarşılamağa hazırdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Ülviyyə Hacıyeva bildirib ki, muxtar respublikanın bütün xəstəxanaları Türkiyədə zərər çəkən bacı və qardaşlarımızı qəbul etməyə hazırdır.
Qeyd edək ki, Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu