Naxçıvanda hərbi yürüş keçirildi
Naxçıvanda hərbi yürüş keçirilib. Yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak edib. Hərbi yürüş Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar təşkil olunub. Hərbi qulluqçular orkestrin müşayiəti ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndiriblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu