Naxçıvanda məktəblilər üçün yarmarka təşkil keçirilir

# 14:36
2 sentyabr 2023

 

 Sentyabrın 1-dən başlayaraq Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarında məktəblilər üçün yarmarkalar keçirilir. Yarmarkada əhaliyə münasib qiymətlərlə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunur. Cari ildə təşkil olunan yarmarka digər illərlə müqayisədə qiymət fərqinə görə seçilir. Təşkil edilən yarmarka alıcıların da ürəyincədir. Sentyabrın 15-nə kimi davam edəcək yarmarkada qiymət artımının qarşısını almaq üçün dövlət qurumları daim bura nəzarət edəcəklər. Qeyd edək ki, yarmarka İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR