Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi təsis edildi
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmanla müəyyən edilib ki, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, eləcə də birbaşa dövlət başçısına tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edir.
Eyni zamanda, səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Prezidenti təmsil edən vəzifəli şəxsdir və dövlət başçısının müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu