“Naxçıvanda vəkil çatışmır” - Fazil Mustafa
Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O, Naxçıvanda da vəkil çatışmadığını diqqətə çatdırıb. Fazil Mustafa, buna səbəb kimi “Vəkillik haqqında” qanundakı maddəni göstərib: “Belə ki, qanunvericiliyə əsasən, test mərhələsindən keçən vəkilliyə namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub. Bu müddəa ləğv olunmalı və vəkilliyə qəbul asanlaşdırılmalıdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bununla ucqar bölgələrdə olan defisit aradan qalxar. Türkiyədə və digər başqa ölkələrdə belə müddəa yoxdur”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib