Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb
Şahbuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA informasiya agentliyinin Naxçıvan bürosu xəbər verir ki, hadisə axsam saatlarında Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, avtomobilin yoldan çıxaraq aşması nəticəsində Naxçıvan şəhər sakinləri, 1982-ci il təvəllüdlü Vəliyeva İlahə Təhməz qızı, 1984-cü il təvəllüdlü Əliyeva Dilşad Fəxrəddin qızı və 2019-cu il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu