Naxçıvandakı buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa, Sədərək və Şahtaxtı dövlət sərhədinin buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb. Məsələ ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən postlarda yaranan sıxlığa aydınlıq gətirilib. Culfa Gömrük Postunun əməkdaşı Tural Musayev bildirib ki, son günlər Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının artması səbəbindən “Culfa”, “Şahtaxtı” və “Sədərək” dövlət sərhədinin buraxılış məntəqələrində növbələrin yaradılması müşahidə olunur. Qeyd edək ki, hazırda gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib