Naxçıvandan Güneyə köçən soydaşımız İranı belə ifşa etdi

# 12:32
27 fevral 2023

İranda keçən ay baş verən güclü zəlzələdən sonra insanlar hələ də küçələrdə yaşayırlar.

 

“Mouze“ teleqram kanalının məlumatına görə, zəlzələdən ən çox əziyyət çəkənlər isə Xoy şəhərinin sakinləridir.

 

İran hökuməti öz vətəndaşlarına laqeyd yanaşmasına baxmayaraq bizim insanlar oradakı soydaşlarımıza yardım edir. Belə ki, yardım edən şəxslərdən biri Xoyda yaşayan Güldəstə Əliyeva adlı bir qadına rast gəlib və onunla dərdləşib.

 

Güldəstə Əliyevanın sözlərinə görə, o, əslən Naxçıvanlıdır və İrana hələ 10 yaşı olanda köçüb.

 

Güldəstə xanım hökumətin onlara yardım etməməsindən şikayətlənib.

 

O bildirir ki, evləri dağılandan bu günə qədər qarlı, şaxtalı havalarda çadırlarda yaşayır və onlara heç bir kömək edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR