Naxçıvandan olan sabiq məmur məhkəmədə öldü
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.
Bu barədə APA-ya vəkil Adəm Məmmədov xəbər verib.
Cinayət Məcəlləsinin dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən 1960-cı il təvəllüdlü Şamil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.
Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.
Şamil Qədimov həbsdə deyilmiş.
Lent.az-ın əldə etdiyi məlumata görə, Şamil Qədimov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. O, dələduzluqda təqsirləndirilirmiş.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib