Naxçıvanın bu kəndində yas mərasimləri qadağan edildi

# 20:31
11 sentyabr 2023

Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Sosial şəbəkədə səs-küyə səbəb olan qərarın sorağı ilə Mahmudkəndə yollandıq. Kənd əhalisinin birgə qərarı ilə ötən gündən etibarən yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilib. Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək deyə kənd sakinləri bildiriblər. Kənd ağsaqqalı Hüseyn Talıbov deyir ki, verilən qərarlara hamı bir nəfər kimi riayət etməlidir. Çünki kənd sakinlər insanların müəyyən məsələlərdə əziyyət çəkməsini istəmir. İndi kənddə keçirilən yas mərasimlərində yalnız çay verilir. Kənd sakinləri deyir ki, bu, ölü sahibləri üçün maddi tərəfdən də önəmlidir. Çünki yas olduğu zaman mərhumun yaxınları ölü ilə yanaşı, buraya gələn insanlarla da maraqlanmaq məcburiyyətində qalırlar. Mahmudkənd sakinlərinin zaman-zaman verdikləri qərarlar həmişə marağa səbəb olub. Kənd ağsaqqallarının son verdikləri birgə qərar da bu qəbildən olan qərarlardandır. Qeyd edək ki, yaslarda ehsanın ləğvi Mahmudkəndlə yanaşı, Şərurun Zeyvə və Düdəngə kəndlərində də tətbiq edilməyə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR