Naxçıvanlıların çayxana həsrətinə son qoyuldu: Qəribə qərar ləğv olunub

# 17:05
19 yanvar 2023

Naxçıvanda çayxanalarla bağlı qadağa, eləcə də bu məkanlarda domino və nərd qadağası aradan qaldırılıb. İndi Naxçıvanın bütün şəhər və rayonlarında bu oyunlar yenidən sevimli məşğuliyyətə çevrilib.

Uzun illərdi stolüstü oyunlara həsrət qalan sakinlərin gözünə işıq gəlib. Ləğv edilən "qaydalar"dan sonra çayxanalarda rahat şəkildə zər ata və 365-lik xananı doldura bilirlər.

Bu qəribə qadağaların aradan qaldırılmasına ən çox sevinənlər isə sahibkarlardır. Oyunlarla bağlı qadağalar aradan qaldırılandan bəri belə obyektlərdə müştəri sarıdan artım müşahidə olunur.

Sakinlər bildirir ki, Naxçıvanda tətbiq edilən qəribə qadağalara görə şəhərlərdə 1-2 çayxana ola bilərdi ki, orada da domino, nərd və digər oyunlara icazə verilmirdi, hər kənddə yalnız 1 ədəd mağaza ola bilərdi, Naxçıvan radiolarında xarici musiqi, yerli rep, rok səslənə bilməzdi. Qeyri-rəsmi olan bu tip qadağalara əməl etməyənlər ciddi şəkildə cəzalandırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR