Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri postundan azad edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
APA TV RİA Novosti-tə istinadən xəbər verir ki, Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib.
O bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib.
Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, paytaxtı tərk etməyəcəyini söyləyib.
Prezident Qazaxıstanda etirazlar zamanı asayiş keşikçiləri arasında qətlə yetirilən şəxslərin olduğunu söyləyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu