Nazir Anar Kərimov mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edib

# 20:38
14 iyun 2021

Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahəsində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

 

Nazir mədəniyyətimizin əcdadlarımızdan qalan miras olduğunu və onun yaşadılması işində mədəniyyət nümayəndələrinin də dəstək olacağına əminliyini bildirib: “Böyük incəsənət xadimlərimizi ürəkdən təbrik etmək istəyirəm. Onlar bu cür böyük mükafatlara nail olublar. Bu, Ölkə Prezidentinin, Birinci vitse-prezidentin mədəniyyət xadimlərinə göstərdiyi böyük diqqətin göstəricisidir. Bugünkü mükafatlandırma tədbiri də bütün bunların bariz nümunəsidir ki, biz onun şahidi oluruq. Biz fəxr edirik ki, Azərbaycanın bu cür mədəniyyət elçiləri var. Onlar həm də beynəlxalq səviyyədə ölkəmizi təmsil edirlər və mədəniyyətimizi yüksək tuturlar”.

 

Daha sonra Nazir Anar Kərimov mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edib.

 

Mədəniyyət və incəsənət nümayəndələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Ölkə Prezidentinə təşəkkürlərini bildiriblər.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR