Nazir müavini Qarabağa səfər etdi
Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.
APA TV-nin “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.
D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək:
“Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”, - deyə nazir müavini bildirib.
O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü