Nazir sülhməramlıların fəaliyyətindən danışdı
“Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilir”.
APA TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, sülhməramlılar müvəqqəti olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşib və orada öz fəaliyyətlərini davam etdirirlər:
“Onlar üzərinə düşən funksiyaları yerinə yetirirlər. Təbii ki, vaxtaşırı hansısa suallar olur və əsasən o suallar hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu ilə bağlıdır, qanunsuz olaraq həmin ərazilərə səfərlər edilməsi ilə bağlıdır. Belə məqamlar olan halda onlar həm sülhməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib