Nazir "Togg"u özü yudu
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "Togg" elektromobilini özü yuyub.
Bu barədə nazir sosial şəbəkədəki hesabında paylaşım edib. O, “Bayram təmizliyi” qeydi ilə “Togg”un yuyarkən çəkilən fotoları paylaşıb.
Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu