Nazirin açılışını etdiyi kitabxananın hansı üstünlükləri var?

# 15:52
13 aprel 2022

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində yeni yaradılan muzeyin açılışında iştirak edib.

 

APA TV xəbər verir ki, nazirə təhsil ocağındakı 7/24 kitabxanası, Ekstern Mərkəzi, 1 saylı kitabxana, hibrid auditoriya barədə ətraflı məlumat verilib. UNEC kitabxana-informasiya mərkəzinin rəhbəri Adilə Abdullayeva bildirib ki, kitabxana Azərbaycanda bir çox sahələr üzrə ilkə imza atıb: “UNEC-də yaradılan “7/24 Kitabxana”sı Azərbaycanda fəaliyyət göstərən ilk 7/24 rejimində işləyən kitabxanadır. Burada 24 kompüter oxuculara xidmət göstərir. Həmçinin 1 milyondan çox elektron resurslara çıxış əldə etmək mümkündür”.
 

Daha sonra nazir Bloomberg laboratoriyasının açılışında iştirak edib. Ölkəmizdə ilk dəfə olaraq univerisitetdə fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyası "Bloomberg" şirkəti tərəfindən təklif olunan başlıca professional xidmət hesab olunur. 12 Bloomberg terminalından ibarət bu laboratoriya imkan verəcək ki, təhsil ocağı dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olsun.

 

Açılışdan sonra nazir tələbələr və gənc müəllimlərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb.

Semral Cavad, Fariz Quluyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR