Necə edək ki?, saldığımız bağdan daha tez məhsul əldə edək
Son illər ölkəmizdə kənd təsərrüfatına maraq artıb. Xüsusilə regionlarda yeni bağlar salınır. Təsərrüfatçılar daha tez məhsula düşən tinglər əkməyə maraq göstərirlər ki, daha tez qazansınlar. Fermerlər bildirir ki, salınan intensiv və superintensiv bağlar köhnə üsulla salınan bağlardan daha tez məhsula düşür. Mütəxəssislər deyir ki, tez məhsul əldə etmək üçün bir sıra amillərə diqqət etmək lazımdır. Bunlardan ən başlıcası düzgün ting seçimidir. Ən tez bar verən meyvə ağacları ərik, gilas, badam, heyvadır. Bu səbəbdən sahibkarlar son illər bu meyvə ağaclarını əkməkdə daha maraqlıdırlar. Vəli Turan, Rizvan Hacıyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib