Nəcməddin Sadıkov Bakıda qəza törətdi
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
APA TV Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib. Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən Nəcməddin Sadıkov qarşıdakı “Toyota Prius” markalı maşını vurub. Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Ncməddin Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır Nəcməddin Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib