Nəcməddin Sadıkovun kadrı həbs edildi

# 21:37
4 iyun 2022

Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov barəsində həbs qətimkan tədbiri seçilib.

 

APA TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb. Məhkəmənin qərarına əsasən, Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

İstintaq orqanı Elxan Məcidovu külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

 

Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

 

Qeyd edək ki, Elxan Məcidov əvvəllər keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR