Neftçala sakini qar əriməsindən yaranan gölməçədə boğulub
Neftçala sakini rayon ərazisində qar əriməsi nəticəsində su ilə dolmuş gölməçədə boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu gölməçəyə yıxılıb və boğularaq ölüb. İlkin məlumata görə, o, sərxoş olub.
Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu