Neftçalada tələbə faciəli şəkildə öldü
Neftçalada 18 yaşlı qız dəm qazından boğulub. Yaşadığı ünvanda 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib. Yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Qeyd edək ki, Səbinə İsmayılova bu tədris ilində Əziz Əliyev adın Sumqayıt tibb kollecinin tələbəsi adını qazanmışdı. Faktla bağlı Neftçala prokurorluğunda araşdırma aparılır.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib