Nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər cəzalandırıldı

# 22:34
25 yanvar 2022

Astarada ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd təşkil olunub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib. Marşrut və taksilərdə sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib. 

Karantin rejimi qaydalarına nəzarətlə bağlı tədbirlər eyni zamanda mağaza, market və digər qapalı məkanlarda da həyata keçirilib. Qaydalara əməl etməyənlər barəsində tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR