Nəsimi rayonunda 15 İyun - Qurtuluş Günü münasibətilə tədbir keçirilib

# 19:28
11 iyun 2021

Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyevanın rəhbərliyi ilə 15 İyun - Qurtuluş Günü münasibətilə tədbir keçirib.

 

APA TV xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilər, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak edib.

 

Qaziləri və şəhid valideynlərini salamlayan Zərifə Quliyeva Qurtuluş Gününün əhəmiyyəti və ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb: “Ulu öndər Heydər Əliyev gəldi və xalqı xilas etdi. Onun gəlişi şanlı gün idi. Həmin günləri xatırlayıram. Bu ölkəyə sahib çıxdı, xalqı dar gündən çıxartdı. Böyük bayramdır. Bilirəm, bizim böyük bayramlarımız var. Amma Milli Qurtuluş Günü hər birimizin ailəsində sevinclə qeyd edilməlidir. Eyni zamanda bu il Qurtuluş günümüz Zəfər bayramı ilə üst-üstə düşür. İki ən böyük və gözəl bayram”.

 

Daha sonra şəhid valideynləri və sağlamlığını vətənin bütövlüyü uğrunda qurban verən qazilər çıxış ediblər.

 

Tədbirin yekununda Zərifə Quliyeva şəhid valideynlərinə və müharibə qazilərinə ictimai birliyin adından fəxri fərmanlar təqdim edib.

 

Xələf  Xələfov,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR