“Nəvəmi ölməyə qoymayın” - 60 YAŞLI QADIN FƏRYAD ETDİ - APA TV

# 18:59
16 sentyabr 2022

“Nəvəmi ömləyə qoymayan” - 60 YAŞLI QADIN FƏRYAD ETDİ Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəyik. Bura gəlməkdə məqsədim qucağımda gördüyünüz 9 aylıq körpə Rəsmiyyə Kazımovadır. Valideynləri qaynar xəttimizə zəng edərək Rəsmiyyənin Spinomuskulyar atrofiya (SMA) xəstəsi olduğunu bildirdilər və buna görə də televiziyamız vasitəsilə imkanlı şəxslərdən kömək istəyirlər. SMA xəstəsi olan uşağın anası Səma Kazımova xəstəlik haqqında məlumat verərək deyir ki, SMA xəstəliyi əzələlərin yeyilməsidir: “Uşaqlarda əzələ gündən-günə əriyir. Rəsmiyyədə 4 aylığından hiss etdi ki, SMA xəstəliyindən əziyyət çəkir Rəsmiyyə də oturmur, bədənini saxlaya bilmir. Amerikada “Boston Childrens” xəstəxanasında dünyanın ən bahalı dərmanı olan “Zolgensma” iynəsi vurularsa Rəsmiyyə sağalacaq və yaşayacaq. Ümumi iynənin qiyməti 3 milyon 740 min manatdır. Ona görə də sizin efiriniz vasitəsilə imkanlı şəxslərdən kömək istəyirəm ki, balama kömək etsinlər ki, balam sağalsın.O, hər gün aparatlara qoşulu şəkildə yaşayır”. Balaca bədəni ilə aparatlardan asılı vəziyyətdə qalan Rəsmiyyənin səhhəti əvvəllər həftədə bir dəfə pisləşirdisə, hazırda bu mütəmadi hal alıb. Həkimlər deyir ki, təyin olunan iynə vurulmasa, 1 yaşından sonra gözlərini hər an əbədi yuma bilər. “Əl tutmaq Əlidən qalıb” deyirlər. 9 aylıq Rəsmiyyə Kazımovaya kömək etmək istəyən şəxslər 4169738757982222 nömrəli “Kapital Bank” hesabına pul köçürə və ya 050 880 90 96 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR