Nəvəsi tərəfindən bıçaqlanan baba öldü – APA TV
Zaqatalada bıçaqlanma hadisəsi baş verib.
Olay Zaqatala şəhəri Vidadi küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib. 21 yaşlı Ruslan İbrahimovla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimov arasında məişət zəminində mübahisə yaşanıb.
Bu zaman Ruslan İbrahimov babasına bıçaqla çoxsaylı xəsarət yetirib. Yaşar İbrahimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Hadisəni törətməkdə şübhəli sayılan Ruslan İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Vüqar Heydərov
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi