Nəzir qutusundan pul oğurladı
Zaqatalada müqəddəs Ramazan ayında məsciddən oğruluq olub.
APA TV-nin məlumatına görə, hadisə rayonun Göyəm kənd inzibati ərazisində fəaliyyət göstərən “Çökək” məscidində baş verib.
Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən rayonun Qandax kənd sakini 19 yaşlı Anar Osmanovdur. Əldə edilən məlumata görə, əsəb xəstəliyindən əziyyət çəkən Anar Osmanov əvvəllərdə yaşadığı Qandax kənd məscidindən oğruluq edib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu