“Nikosayağı” qəzaya düşdü, qolu amputasiya edildi – APA TV

# 04:31
15 avqust 2023

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov idarəetməni itirərək "Porsche" markalı avtomobili yük maşınına çırpıb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım birqadası cəlb edilib. Qəza nəticəsində 1 nəfər ölüb, minik avtomobili yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan vətəndaş 29 yaşlı Şakirli Nicat sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, 23 yaşlı Rüstəmov Fəxri isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR