Nişana gələn qonaqlardan 17 nəfəri zəhərləndi

# 16:41
24 aprel 2023

Lənkəranda kütləvi zəhərlənmə olub.

 

Kütləvi zəhərlənmə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Ev şəraitində təşkil olunan, Arzuman Ağayevin qızının nişan, eyni zamanda ad günü məclisinə 30 nəfərə yaxın qonaq dəvət olunub. Gələn qonaqlar süfrədə olan plov, toyuq, tort, alça və digər qidaları qəbul ediblər. Bundan sonra qonaqlar özlərini pis hiss ediblər. Onlardan 17 nəfəri ağır vəziyyətdə təcili tibbi yardım maşınları ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstələrə ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.

 

Qidadan zəhərlənənlərdən 1-i kişi, 7-si qadın, 9-u uşaqdır.

Hazırda xəstələrdən 10 nəfərinin müalicəsi xəstəxanada davam etdirilir. Artıq AQTA nümayəndələri həmin evdə olublar. Qida qalıqlarından nümunələr götürüb, laboratoriyaya göndərilib. Laboratoriyanın cavabından sonra zəhərlənmənin səbəbi məlum olacaq.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR