Nişanlı qız oğlan evini yola salıb özünü asdı

# 18:28
31 may 2022

Kürdəmirdəki intiharın bəzi təfərrüatları məlum olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün rayonun Xəlsə kəndində 18 yaşlı Aidə Kaman qızı Məmişova özünü yaşadığı evin həyətindəki, toyuq hinindən asaraq  intihar edib.  Hələ də məlum hadisənin şokunu yaşayan kənd sakinlərinin dediyinə görə, Aidə Məmişovanın ailəsi kənddə sayılıb-seçilən, tərbiyəli və sakit təbiətli bir ailə kimi tanınıb. Aidə Məmişova öz istəyi ilə 6 ay əvvəl qonşu kənddən olan oğlana nişanlanıb. Hadisə baş verən gün oğlan evi qız evinin adamları ilə toy gününü təyin etmək üçün gəliblər. Toy günü iyun ayının 30-u qızın 18 yaşının tamam olduğu günə təyin edilib. Ailənin yaxınları deyir ki, toy gününə hazırlıq məqsədi ilə qadınlar həyətdə yun diddikləri vaxt Aidə Məmişovanın toyuq hinindən səsi gəlib. Qardaşı toyuq hininə girərkən bacısının asılmış meyitini görüb. Nişanlı qızın hansı səbəbdən canına qəsd etməsi hələ ki, məlum deyil. Meyit müvafiq orqanlar tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib

 

Faktla bağlı araşdırma aparılır.  

 

Zahid Abışov,Devran Əsgərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR