Nişanlısının öldürdüyü 16 yaşlı qız məktəbdən də çıxarılıbmış...

# 17:23
21 oktyabr 2022

Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən boğazı kəsilərək qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.

 

Hökməli qəsəbə tam orta məktəbindən “Qafqazinfo”ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub:

 

“Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.

 

Hökməli məscidinin qarşısında nişanlısı tərəfindən öldürülən H.Rəcəbova ötən gün axşam saatlarında dəfn edilib. Onun dekabrın 12-də 16 yaşı tamam olacaqdı.

 

Hadisəni törədən 1996-cı il təvəllüdlü Murad Həsənov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR