Niyazinin həyat yoldaşını öldürən oğulluğu yenə tutuldu
Şamaxıda silahla saxlanılan keçmiş məhkum barəsində bəzi detallar məlum olub.
Şamaxıda avtomatla saxlanılan Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum edilib. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.
Ceyhun Kafi hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) maddəsi üzrə ittiham olunur.Ceyhun Kafi vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb. Maestro haqqında filmdə də Ceyhunun uşaqlıq illəri ilə bağlı görüntülər var. Bu barədə "Qara Talelər" sənədli filmində də bəhs olunub. Həmin film Niyazinin oğulluğu Ceyhun Kafidən bəhs edir. Ceyhun Kafi analığını, maestro Niyazinin həyat yoldaşı Həcər xanımı öldürməkdə də ittiham olunub. O, analığını öldürərək evi qarət edib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib